Xəzər Xəbər

Fuad Muradov Gürcüstandakı azərbaycanlıların problemlərindən DANIŞDI

Gündəm | 14:10 • 5 Dekabr 2019
Fuad Muradov Gürcüstandakı

Gürcüstandakı azərbaycanlıların problemlərinin həlli istiqamətində fəaliyyət proqramının icrasına başlanılıb.

XəzərXəbər xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradov vurğulayıb ki, Dövlət Komitəsinin əməkdaşları Gürcüstanda bu məsələləri araşdırıblar:

"Biz Gürcüstanda azərbaycanlıların yaşadığı kəndləri bir-bir gəzdik. Biz bilirik ki, orada hansı problemlər mövcuddur. Təhsil Nazirliyi və digər qurumlarla birgə fəaliyyət planı tərtib olundu və artıq o planın həyata keçirilməsinə başlanılıb. Gürcüstanda yaşayan azərbaycanlılara dərsliklər təqdim olunur. Bu yaxınlarda Marneulidə böyük bir ərazidə Azərbaycan gənclərinin inteqrasiya məktəbi yaradılıb. Orada yüzlərlə azərbaycanlı gənc təhsil alır, biliklərə yiyələnirlər”.

Xəbər lenti