Xəzər Xəbər

Baş Nazir sürüşmə zonası ilə bağlı tapşırıqlar verdi

Gündəm | 15:29 • 27 Noyabr 2019
Baş Nazir sürüşmə zonası ilə bağlı tapşırıqlar verdi

"Prezident İlham Əlivevin tapşırığı ilə Baş Nazir və müvafiq qurumların rəhbərləri Bibiheybətdəki sürüşmə zonasında baxış keçiriblər".

"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

"Artıq müvafiq qurumlara zəruri ilkin tapşırıqlar verilib. Təxirəsalınmaz tədbirlərin görülməsi və gələcəkdə bir daha təkrarlanmaması üçün prosesə ciddi xarici və yerli mütəxəssislər cəlb edilib. Mütəxəssislərin vəziyyəti dərindən təhlilindən sonra qısa müddət ərzində bərpanın hansı istiqamətdə aparılacağı haqda qərar qəbul ediləcək", - deyə İ.Məmmədov vurğulayıb.

Xəbər lenti