Xəzər Xəbər

İstilik tariflərinin artırılması ilə bağlı RƏSMİ AÇIQLAMA: Hazırda hesablamalar aparılır

Gündəm | 12:04 • 14 Noyabr 2019
İstilik tariflərinin artırılması ilə bağlı RƏSMİ AÇIQLAMA:

Bu gün əhaliyə verilən istiliyin satış dəyəri maya dəyərindən aşağıdır və bu da onun sosial əhəmiyyəti ilə bağlıdır.

XəzərXəbər xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.

Onun sözlərinə görə, həmin zərər müəyyən formada aradan qaldırılır. Qeyd edib ki, hər hansı biznesmen zərərlə işləyən qurumu özəlləşdirməkdə maraqlı olmaz: "Bu səbəbdən də biz strateji yol xəritələrinə uyğun yenilənmə etdikdən sonra bunu özəlləşməyə çıxarmağı düşünürük".

Mirzəliyev istilik tariflərin artırılması ilə bağlı məsələyə də münasibət bildiriərkn deyib ki, hazırda hesablamalar aparılır, amma bu qiymətlərin artması anlamına gəlməyəcək: "Biz bu barədə heç bir aidiyyəti quruma müraciət etməmişik".

Xəbər lenti