Xəzər Xəbər

Heydər Əliyev Fondunun YENİ LAYİHƏSİ: şəkərli diabet xəstələri insulinlə təmin ediləcək

Gündəm | 11:51 • 14 Noyabr 2019
Heydər Əliyev Fondunun YENİ LAYİHƏSİ:

Heydər Əliyev Fondunun "Diabetli uşaqlara ən yuksək qayğı” layihəsi çərçivəsində ölkə üzrə şəkərli diabet xəstəliyi olan 18 yaşadək şəxslər insulin preparatları və şpris-qələmlərlə təmin ediləcək.

XəzərXəbər xəbər verir ki, birillik layihə çərçivəsində müvafiq dərman preparatları Azərbaycan Diabet Cəmiyyəti vasitəsi ilə şəkərli diabet xəstələrinə veriləcək.

Qeyd edək ki, əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edən Heydər Əliyev Fondu 2004-cü ilin dekabrından etibarən "Diabetli uşaqlara ən yüksək qayğı” layihəsini həyata keçirir. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihə çərçivəsində şəkərli diabetdən əziyyət çəkən şəxslərə dövlət tərəfindən göstərilən qayğıya dəstək məqsədi ilə uşaq və yeniyetmələr müntəzəm olaraq insulin preparatları və şpris-qələmlərlə təmin edilir.

Xəbər lenti