Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında məsələ müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilir.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.