Xəzər Xəbər

Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb

Gündəm | 16:25 • 8 Noyabr 2019
Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.


Rəsədxanadan xezerxeber.az-a bildiriblər ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb. Noyabrın 8-dən 9-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə yüksələcəyi, 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.


Günəş küləyi parametrlərinin sakit rejimə uyğun qalacağı proqnozlaşdırılır.


Geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3) müşahidə olunacaq. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1 faizdən aşağı qiymətləndirilir.

Xəbər lenti