Xəzər Xəbər

Bələdiyyə seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 12-yə çatıb

Gündəm | 16:52 • 7 Noyabr 2019
Bələdiyyə seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 12-yə çatıb

Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 12-yə çatıb.


Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiya sədri Məzahir Pənahov məlumat verib.


O bildirib ki, Vəhdət Partiyasının dekabrın 23-ə təyin edilmiş bələdiyyət seçkilərində səlahiyyətli nümayəndəsinin qeydə alınması ilə seçkilərdə iştirak edəcək siyasi partiyaların sayı 12-yə çatıb.


Bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və "Ana Vətən” Partiyasının səlahiyyəti nümayəndələri qeydə alınıb.

Xəbər lenti