Xəzər Xəbər

Yağış yağanda subasma halları: 5 problemli ərazi... - Açıqlama

Gündəm | 15:15 • 7 Noyabr 2019
Yağış yağanda subasma halları:

Şəhərdə yağış yağanda subasma halları müşahidə olunur. Burada çox səbəblər var. Vətəndaşların subasma, göl ərazilərində ev tikmələri və s. Kanalizasiya layihəsi sistemlərinin tam başa çatmaması da bir səbəbdir.

XəzərXəbər xəbər verir ki, bunu "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov yağış yağarkən Bakının bəzi ərazilərini su basması ilə bağlı suala cavab verərkən deyib.

O qeyd edib ki, bu tip yağışlar üçün dünyanın heç bir yerində infrastruktur qurulmayıb:

"Biz bu il 5 kritik yer müəyyənləşdirmişik. 2011-ci ildə kəskin yağışlardan sonra monitorinq apardıq və müəyyən işlər gördük. Şəhər surətlə inkişaf edir, torpaq qatı azalır. Asfaltla örtülür. Bu da torpağın su qurutmaq qabiliyyətini azaldır. Bundan əlavə kanalizasiyalara yad tullantılar atılır. Xüsusilə məişət, ticarət müəssislərindən tullantılar atılır.
Xətt tam gücü ilə işləyə bilmir. Xüsusilə yağış daşıyan xətlər çox yüklənir. Xətlərin yüklənməsinin bir səbəbi də əhalinin çoxalmasıdır”.

Xəbər lenti