Xəzər Xəbər

“Azərsu” qazdı, düzəltmədi" deyirlər, bizim asfalt zavodumuz yoxdur - Sədr

Gündəm | 14:16 • 7 Noyabr 2019
“Azərsu” qazdı, düzəltmədi" deyirlər, bizim asfalt zavodumuz yoxdur - Sədr

İnsanlarda haqlı olaraq belə bir fikir formalaşıb. Burada haqsızlıq görmürəm.

XəzərXəbər xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov "İnsanlarda "Azərsu” gəldi qazdı, getdi. Qazdığı yerlər asfaltlanmır fikri formalaşıb. Bununla bağlı nə deyə bilərsiniz?” sualına cavab olaarq bildirib.

O qeyd edib ki, "Azərsu”yun işi baş vermiş qəzanı aradan qaldırmaq üçün mütləq həmin yeri qazmaq və təmir işləri aparmaqdır: "Bunun başqa yolu yoxdur. Mütləq qazılmalıdır. İlk növbədə məsuliyyət bizim üzərimizdədir, Amma "Azərsu” yolu qazdı, təmir etmədi və getdi” fikri də düzgün yanaşma deyil. Nəzərə alın ki, bizim asfalt zavodumuz yoxdur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə müqaviləmiz var. Biz 2-3 kvadratmetr yer qazırıq, sonra onun bərpası üçün bir neçə gün vaxt lazım olur. Agentliyin də o imkanı yoxdur ki, biz deyən kimi gəlib ərazini asfaltlasın. Bununla belə biz ərazinin bərpası üçün vaxtın minimuma endirilməsi ilə bağlı işlər görürük. Artıq AAYDA bu işlərin həyata keçirməsi üçün lokal maşınlar alıb”.

Xəbər lenti