Xəzər Xəbər

Prezident Musa Yaquba ev verdi

Gündəm | 10:26 • 7 Noyabr 2019
Prezident Musa Yaquba ev verdi

Prezident İlham Əliyev Xalq şairi Musa Yaquba mənzil hədiyyə edib.

Bu barədə "Qafqazinfo”ya şairin özü məlumat verib. O qeyd edib ki, mənzil Bakı şəhərindədir və 3 otaqlıdır.

Xalq şairi ona mənzil hədiyyə etdiyi üçün ölkə başçısı İlham Əliyevə minnətdarlığını ifadə edib: "Bu qoca və xəstə halımda ölkə başçısı məni bir daha sevindirdi. Buna görə özüm və ailəm adından Prezidentə təşəkkür edirəm”.

Xəbər lenti