Xəzər Xəbər

Oqtay Gülalıyev Türkiyəyə aparılır

Gündəm | 09:28 • 6 Noyabr 2019
Oqtay Gülalıyev Türkiyəyə aparılır

Hüquq müdafiəçisi Oqtay Gülalıyev hazırda müalicə üçün Türkiyəyə aparılır.

O. Gülalıyevin ailəsinin istəyi əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsi İstanbulda davam etdiriləcək.

Hazırda Gülalıyev təcili tibbi yardım avtomobili ilə Neyrocərrahiyyə Xəstəxanasından çıxarılaraq Heydər Əliyev adına Beynəlxalq Hava limanına aparılıb. Hüquq müdafiəçisi xüsusi ambulans təyyarə ilə İstanbula aparılacaq. (qafqazinfo)

Xəbər lenti