Xəzər Xəbər

Bakıda MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək

Gündəm | 13:59 • 28 Oktyabr 2019
Bakıda MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək

Oktyabrın 30-da Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.


Müdafiə Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, tədbirdə Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu, Belarus Respublikasının Müdafiə naziri, general-leytenant Andrey Ravkov, Qazaxıstan Respublikasının Müdafiə naziri, general-mayor Nurlan Yermekbayev, Özbəkistan Respublikasının Müdafiə naziri, general-mayor Bahodir Kurbanov, Tacikistan Respublikasının Müdafiə naziri, general-polkovnik Mirzo Şerali və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Rayimberdi Duyşenbiyev iştirak edəcəklər.


İclasda hərbi əməkdaşlığın hazırkı vəziyyəti və qarşıda duran məsələlər müzakirə olunacaq.

Xəbər lenti