Xəzər Xəbər

Prezident: Vergilər Nazirliyinin əlavə 350 milyon manatdan çox vəsait toplaması şəffaflığın təzahürüdür

Gündəm | 18:40 • 23 Oktyabr 2019
Prezident: Vergilər Nazirliyinin əlavə 350 milyon manatdan çox vəsait toplaması şəffaflığın təzahürüdür

Vergilər Nazirliyinin əlavə 350 milyon manatdan çox vəsait toplaması şəffaflığın təzahürüdür.


Xezerxeber.az xəbər verir ki, bu sözləri oktyabrın 23-də Prezident İlham Əliyev Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edən zaman deyib.


"Bu il Vergilər Nazirliyi plandan əlavə təqribən 350 milyon manatdan çox vəsait toplayıb və əlbəttə ki, bu, şəffaflığın təzahürüdür. Təbii ki, bu vəsait bizə bu il çox geniş və ciddi sosial paket icra etmək imkanı verdi. Deyə bilərəm ki, bu sosial təşəbbüsün analoqu bu günə qədər olmamışdır. Dörd milyon iki yüz min insan bu sosial təşəbbüsdən faydalanıb, minimum əməkhaqqı təxminən iki dəfə, minimum pensiya 70 faizdən çox artırılıb. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə biz MDB məkanında birinci yerdəyik, amma orta pensiyanın səviyyəsinə görə üçüncü yerdəyik. Yəni, bu, doğrudan da çox böyük sosial təşəbbüsdür. Əlbəttə, əgər bizim maliyyə imkanlarımız olmasaydı, biz bunu edə bilməzdik”, - deyə dövlətimizin başçısı bildirib.

Xəbər lenti