Xəzər Xəbər

Yeni Azərbaycan Partiyasında toplantı keçirilir

Gündəm | 12:27 • 21 Oktyabr 2019
Yeni Azərbaycan Partiyasında toplantı keçirilir

YAP İcra Katibliyində Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə toplantı keçirilir.

XəzərXəbər xəbər verir ki, toplantıda Milli Məclisin üzvləri və media nümayəndələri iştirak edir.

Toplantıda çıxış edən Əli Əhmədov bildirib ki, 19 oktyabrda bəzi müxalif qrupların qanunsuz aksiya keçirməsi ilə bağlı Azərbaycan vətəndaşların əksəriyyəti kimi, Yeni Azərbaycan Partiyası da öz mövqeyini birmənalı şəkildə bildirməlidir:

"Qanunsuz aksiyalar nə, YAP üçün nə də Azərbaycan dövlət üçün narahatlıq amili deyil və ola bilməz. Lakin bəzi şeyləri etiraf etməyə ehtiyac var. Prezident İlham Əliyevin "Valday” diskussiyasında verdiyi bəyanatlar, ardınca Aşqabadda Azəbaycanın mövqeyini tam əks etdirən fikirlər səsləndirməsi və sonra 9 aylıq hesabat toplantısının baş tutması fonunda bu qanunsuz aksiyaların keçirilməsi diqqətdən yayınmır. Azərbaycan daxilindəki bəzi qruplarlarla yanaşı, xarici qüvvvələr də Azərbaycana qaşrı çirkin kampaniyalar keçirmək niyyətindədir. Bu hadisələrin ortaya qoyduğu başlıca reallıq ondan ibarətdir ki, ölkəmizdən kənarda olan bəzi dairələr çirkin niyyətlərinin təsirlərini göstərmək istəyirlər. Azərbaycanda bütün hüquqlar kimi sərbəst toplaşmaq azadlığı da var. Buna rəğmən radikal müxalifət icazəsiz şəkildə aksiya keçirmək niyyətinə düşüb. Bu onu göstərir ki, onlar tapşırıq aldığı formada sabitliyi pozmaq, qarşıdurma yaratmaq üçün məhz icazə verilməyən yerlərdə aksiya keçirir. Hiss olunur ki, onlar kimlər tərəfindənsə idarə olunur. Onlara təlimat verənlər də bu təlimatın hesabatını alanlar da məlumdur. Mətbuatda bu barədə geniş məlumat var. Məsqədli şəkildə Azərbaycandan kənarda yerləşən destruktiv qüvvələr sabitliyi və əmin-amanlığı pozmağa cəhd göstərir. Mitinqin keçirildiyi yerə gəldikdə isə mitinq üçün təhlükəsizlik baxımından daha uyğun yerlər seçilir. Amma onlar elə yer seçiblər ki, orada mitinqin keçirilməsi sağlam məntiqə sığmır. Əhalinin qələbəlik olduğu yerdə mitinq keçirməklə göstərmək istəyirlər ki, mitinqə qatılma prosesi güclüdür. Lakin bu məntiq heç cür etikaya sığmır. Bunun özü də mitinq təşkilatçılarının niyyətinin sağlam olmadığından xəbər verir. Xalq Cəbhəsi Partiyası və niyyəti bəlli olmayan Milli Şuranın ətrafında toplaşan qruplar Azərbaycanın sabitliyini pozmağa çalışır. Nəyin xatirinə olur-olsun hakimiyyətə gəlmək istəyi dünyanın heç bir yerində qanuni sayılmır. Bu, xaosa, anarxiyaya aparıb çıxa bilər. Buna görə də heç bir hökumət buna icazə verə bilməz. 90-cı illərin əvvəllərində də bənzər mitinqləri yaşamışıq. Görünür, o mitinqlərin sifarişçiləri də bugünkü aksiyalarla eyni niyyətdədirlər. Onlar niyyətlərinə nail olub hakimiyyətə gələ bilsə də, Azərbaycan xalqı bundan fayda görə bilmədi. Torpaqlarımız işğal olundu, müstəqilliyimizi itirmək təhlükəsi yaşadıq, əhalinin vəziyyəti pisləşdi. Hər ölkənin milli maraqları, o ölkənin vətəndaşlarının təhlükəsizliyinin və rifahının təmin olunmasına xidmət edir. Xarici qüvvələrin niyyəti isə o dövlətin milli maraqları ilə heç vaxt üst-üstə düşmür. Azərbaycan gün-gündən böyüyür, inkişaf edir. Özünü dünyaya bir çox layihələrin müəllifi qismində tanıdır. Azərbaycan dünyanın ən uğurlu gənc dövlətlərindən biridir. Bu il iki dəfə təqaüd və əməkhaqqlarının artırılması dünyanın hər ölkəsində rast gəlinən fakt deyil. Azərbaycan isə bunu bacardı. Bu qədər mütərəqqi addımlar atan bir ölkədə qarşıdurma yaratmaq, ölkəni anarxiyaya sürükləmək cəhdləri bütün ölkəyə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı öz kəskin mövqeyini bu qruplaşmalara qarşı bildirməlidir".


Xəbər lenti