Xəzər Xəbər

İşsizlər üçün ŞAD XƏBƏR – Bu peşələr üzrə qeydiyyat başladı

Gündəm | 18:24 • 15 Oktyabr 2019
İşsizlər üçün ŞAD XƏBƏR
Yeni sahələr üzrə peşə hazırlığı kurslarına qeydiyyat davam edir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Nazirlik yanında Dövlət Məşğulluq Xidməti ilə Hotellər və Restoranlar Assosiasiyasının (DAİR) birgə təşkil etdiyi turizm, qonaqpərvərlik və xidmət sahələri üzrə peşələr üzrə hazırlıq kurslarına müdavim qəbulu davam edir.

Kurslarda öyrədiləcək peşələrin siyahısına daha iki peşə də əlavə edilib.

Beləliklə, elan edilən peşə hazırlığı kursları aşağıdakı peşələr üzrədir:

Aşpaz (Azərbaycan kulinariyası)
Qənnadçı
Ofisiant (banket və ziyafətlər üçün)
Ofisiant (yüksək kvalifikasiyalı)
Dağ turist marşrutları üzrə bələdçi
Ekskursiya bələdçisi
Qeydiyyatçı (mehmanxanada) / Receptionist
Konsyerj
Mehmanxana qapıcısı (belman)
Otel xadiməsi (təmizlik işləri) / Hotel Cleaner
Barmen
Konfrans və tədbir təşkilatısı
Turanimator

Turizm, qonaqpərvərlik və xidmət sahələrində karyera imkanları əldə etmək, ixtisas almaq və ya öz kvalifikasiyasını təkmilləşdirmək arzusunda olan şəxslər peşə hazırlığı kurslarına cəlb edilmək üçün müraciət edə bilərlər.

Peşə hazırlığı nəzəri və praktiki təlimləri şəklində - turizm və qonaqpərvərlik biznesi müəsissələrində təcrübə keçməklə tədris ediləcək.

Kursların tədrisi Azərbaycan Turizm və Qonaqpərvərlik Tədris Mərkəzinin (ATHEC) peşəkar təlimçiləri cəlb olunmaqla Dövlət Məşğulluq Xidmətinin Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzində həyata keçiriləcək.

Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında işsiz şəxs kimi qeydiyyatda olanlar üçün kurslar ödənişsizdir və onlar təhsil müddətində təqaüdlə təmin olunacaqlar.

İşaxtaranlar üçün peşə hazırlığı kursları isə ödənişlidir. Namizədlər müsabiqə yolu ilə seçilirlər.

Kursları müvəffəqiyyətlə bitirmiş şəxslərə müvafiq sertifikatlar təqdim olunacaq və onların müvafiq işlə təmin olunmasına köməklik göstəriləcək.

Müraciət etmək istəyən şəxslər yaşadıqları şəhər, rayon üzrə Məşğulluq Mərkəzlərinə müraciət edə, eləcə dəedu@dair.azelektron poçt ünvanına CV yollaya bilərlər. Seçdiyiniz peşənin adını elektron məktubun mövzü bölməsində qeyd etməyiniz xahiş olunur.

Əlaqə nömrəsi:
+99412 562 75 34 - Rəşad Muradov
+994 12 434 7877 - Rəna Babazadə/ whatsapp +99450 6610075

Xəbər lenti