Xəzər Xəbər

DİN Bakıda insanların gözü qarşısında törədilən qətllə bağlı məlumat yaydı

Gündəm | 14:24 • 7 Oktyabr 2019
DİN Bakıda insanların gözü qarşısında törədilən

Daxili İşlər Nazirliyi dünən Bakıda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

XəzərXəbər nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 6-da saat 18 radələrində Biləcəri qəsəbə sakini N.Məmmədov Binəqədi rayonu ərazisində ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Leyla Məmmədovanı bıçaqla qətlə yetirib. Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən N.Məmmədov saxlanılıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, hadisə avtovağzalın yaxınlığında, insanların gözü qarşısında törədilib.

Xəbər lenti