Xəzər Xəbər

Ofeliya Sənani infarkt keçirib

Gündəm | 11:43 • 5 Oktyabr 2019
Ofeliya Sənani infarkt keçirib

Xalq artisti Ofelya Sənani infarkt keçirib. Xalq artisti Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, O.Sənaniyə ürəyin ön və arxa divarının infarktı diaqnozu qoyulub.


Hazırda reanimasiya şöbəsində müalicə alan xalq artistinin vəziyyəti ağır qiymətləndirilir.

Xəbər lenti