Xəzər Xəbər

Avropa İttifaqı: Yeni tərəfdaşlıq sazişinin imzalanması üçün çox yaxşı zəmin var

Gündəm | 11:18 • 4 Oktyabr 2019
Avropa İttifaqı: Yeni tərəfdaşlıq sazişinin imzalanması üçün çox yaxşı zəmin var

Azərbaycan ilə Avropa İttifaqı arasında yeni əməkdaşlıq sazişinin imzalanması üçün artıq çox yaxşı zəmin var.


Bunu "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” Tvinninq layihəsinin bağlanış mərasimində Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.


Onun sözlərinə görə, artıq köhnə sazişin imzalanmasından 20 il vaxt keçib.


Səfirin fikrincə, yeni tərəfdaşlıq sazişi daha mütərəqqi layihələrin təşəkkül tapması üçün bünövrə olacaq: "Biz hazırda İqtisadiyyat Nazirliyi ilə növbəti iki il üçün əməkdaşlıq sazişinin imzalanması üzərində işləyirik. Ümid edirik ki, bu il o da gercəkləşəcək".


K.Yankauskas qeyd edib ki, Azərbaycanda sosial müdafiə sahəsi ən ciddi dəyişikliklər ilə fərqlənən sahədir: "Pensiya islahatı, sosial xidmətlərlə bağlı layihələrin icrası, DOST Agentliyinin yaradılması buna nümunədir. Təhsil, insan kapitalı sahəsinə yatırımların edilməsi və bunun gələcək məşğulluqla əlaqələndirilməsi, bacarıqlara olan ehtiyacların müəyyən edilməsi gələcəyə aparan yoldur. Aİ bu işlərdə iştirak etməkdən məmnundur. Biz hər zaman qabaqcıl təcrübəni paylaşmağa hazırıq. Azərbaycan ilə Aİ arasında əməkdaşlığın artması üçün çox imkanlar var". (Trend)

Xəbər lenti

Çox oxunanlar