Xəzər Xəbər

İlham Əliyev maltalı həmkarını təbrik etdi

Gündəm | 17:59 • 20 Sentyabr 2019
İlham Əliyev maltalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Malta Prezidenti Corc Vellaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Malta Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Xəbər lenti