Daxili İşlər orqanlarında növbəti təyinat olub.
XəzərXəbər xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnikVilayət Eyvazovunəmri ilə, polis kapitanıSeymur QuliyevŞabran rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi təyin olunub.
Xəbəri Şabran rayon Dövlət Yol Polisi Şöbəsindən təsdiqləyiblər.
Qeyd edək ki, bir müddət öncə Gədəbəy Rayon Dövlət Yol Polisi şöbəsinin keçmiş rəisi polis kapitanı Seymur Quliyev vəzifəsindən azad edilərək sərəncama götürülmüşdü.