Xəzər Xəbər

“Saber Junction - 19” təlimi davam edir

Gündəm | 17:37 • 17 Sentyabr 2019
“Saber Junction - 19” təlimi davam edir

Almaniyanın "Hohenfels” təlim mərkəzində keçirilən "Saber Junction - 19” çoxmillətli briqada taktiki təliminin növbəti mərhələsində iştirakçılar qərargahların ərazidə açılması və fəaliyyətlərinin təşkili, eləcə də hərbi qərar qəbuletmə prosesinə başlayıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə bildiriblər ki, təlimdə iştirak edən hərbi qulluqçularımız müxtəlif relyefli ərazilərdən keçməklə qarşıya çıxan maneələrin və şərti düşmənin təxribat fəaliyyətlərinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetiriblər.

Xəbər lenti