Xəzər Xəbər

Dövlət Miqrasiya Xidmətinin rəisindən tələbələr üçün maraqlı təklif

Gündəm | 10:43 • 16 Sentyabr 2019
Dövlət Miqrasiya Xidmətinin rəisindən tələbələr üçün maraqlı təklif

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov maraqlı təklif edib. 


Xezerxeber.az xəbər verir ki, Xidmət rəisi təklifini "Facebook" hesabı üzərindən bəyan edib.


"Bu gündən tələbə həyatına başlayan bütün gəncləri Təbrik edir, Uğurlar arzulayıram. Belə bir təklif/tövsiyə etmək istərdim: Bu gün tələbələr özlərinə qısa bir məktub (e-mail) yaza bilərlər. Məktuba birinci kurs müddətindən gözləntilərini, il ərzində əldə etmək istədiklərini, məqsəd və hədəflərini qeyd etsinlər. İlin sonunda məktubda yazdıqlarınızı oxumaqda və birgə müzakirə etməkdə fayda olacağını düşünürəm. Tədris ilinin sonunda bu məsələni xatırladacağam, birgə görüş, müzakirə təşkil edə bilərik",-deyə V.Hüseynov qeyd edib.

Xəbər lenti