Xəzər Xəbər

Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib

Gündəm | 09:17 • 15 Sentyabr 2019
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib

Sentyabrın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva İsmayıllı şəhərinin Vahab Osmanov küçəsində inşa olunan yeni uşaq bağçasının açılışında iştirak ediblər.


Xezerxeber.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva bağçada yaradılan şəraitlə tanış olub.


İsmayıllı şəhərində məktəbəqədər yaşlı uşaqların sayı 2300 nəfərdir ki, onlardan 195 nəfəri məktəbəqədər təhsilə cəlb olunub. Məsələnin həlli məqsədilə Prezident İlham Əliyevin ötən ilin avqustunda imzaladığı Sərəncamla İsmayıllı şəhəri ərazisində yeni 100 yerlik uşaq bağçası binasının tikintisinə Prezidentin Ehtiyat Fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat vəsait ayrılmışdı. Üçmərtəbəli uşaq bağçasının binasında 5 qrupun fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılıb, bütün otaqlar müasir avadanlıqla təchiz edilib. Bağçanın həyətində yaşıllaşdırma işləri görülüb.


Sonda xatirə şəkli çəkdirilib.

Xəbər lenti