Xəzər Xəbər

Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxıda Ulu Öndərin abidəsini ziyarət edib

Gündəm | 09:08 • 15 Sentyabr 2019
Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxıda Ulu Öndərin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva sentyabrın 14-də ulu öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.


Xezerxeber.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva burada rayon sakinləri ilə görüşüb. 


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevin təşəbbüsü ilə 2004-cü ildən bəri respublikamızın regionlarının inkişafı üçün kompleks tədbirlərin həyata keçirildiyini və Şamaxı rayonunda da bu istiqamətdə silsilə tədbirlərin uğurla reallaşdırıldığını vurğulayıb. O, Azərbaycanda dövlət siyasətinin sosialyönümlü olduğunu və bu çərçivədə abadlıq işlərinin aparılmasının, təhsil müəssislərinin, uşaq bağçalarının və səhiyyə obyektlərinin inşası və yenidən qurulmasının da başlıca hədəflərdən biri olduğunu bildirib. Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı rayonunun da inkişafının daim diqqət mərkəzində saxlanacağını dedi və rayon sakinlərinə uğurlar arzulayıb.


Şamaxılılar ümumi amallar naminə bundan sonra da səylərini əsirgəməyəcəklərini vurğuladılar, Prezident İlham Əliyevə xüsusi salamlarının çatdırılmasını xahiş ediblər.

Xəbər lenti