Xəzər Xəbər

YAP İdarə Heyətinin iclası keçirildi

Gündəm | 15:38 • 13 Sentyabr 2019
YAP İdarə Heyətinin iclası keçirildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.

XəzərXəbər YAP-ın Mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda Yeni Azərbaycan Partiyasının 2019-cu ilin dekabr ayında Azərbaycan Respublikasında keçiriləcək Bələdiyyə seçkilərinə hazırlıq işləri müzakirə edilib, İcra Katibliyinin cari ilin iyun, iyul, avqust aylarında görülən işlərinə dair hesabatı dinlənilib.

Qeyd olunub ki, bu ilin dekabr ayında ölkədə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işlərinə artıq start verilib: "YAP-ın bu seçkilərə hazırlığı məsələləri təsdiq edilmiş tədbirlər planına uyğun olaraq həyata keçirilir". Cəmiyyətdəki yüksək nüfuzu və zəngin seçki təcrübəsi olan Yeni Azərbaycan Partiyasının bu seçkilərdə də uğur qazanılacağına əminlik ifadə edilib.

İclasda YAP İcra Katibliyinin ötən üç ay ərzində həyata keçirdiyi tədbirlərin xüsusi əhəmiyyəti qeyd edilib, onların, nəinki partiyanın həyatında, bütövlükdə ölkənin ictimai-siyasi həyatında mühüm hadisə kimi dəyərləndirildiyi nəzərə çatdırılıb.

İclasda həmçinin, bir sıra cari məsələlər müzakirə edilib və müvafiq qərar qəbul edilib.

Xəbər lenti