Xəzər Xəbər

Bu rüsumun qiyməti 1000 manatdır DMX-nin rəisi

Gündəm | 14:14 • 13 Sentyabr 2019
Bu rüsumun qiyməti 1000 manatdır

Nazirlər Kabineti tərəfindən bu il üçün ayrılan 6800 kvotanın yarısından çoxu tamamlanıb.

XəzərXəbər xəbər verir ki, bunu "Dəyişən dünyada qlobal böhranlar fonunda əməkçi miqrantların əsas problemlərinin həlli yolları” mövzusunda keçirilən mətbuat konfransı zamanı jurnalistlərə açıqlama verən Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.

V.Hüseynov kvotanın bitdiyi təqdirdə hökumət tərəfindən bu məsələyə təkrar baxıla biləcəyini istisna etməyib.

DMX rəisi əmək bazarının milliləşməsinin dövlətimizin yanaşmasından biri olduğunu qeyd edib:

"Hazırda milliləşmənin yüksək nəticələri var. Sevindirici haldır ki, enerji və neft sektorunda 90 faizdən yuxarı milli vətəndaşların əməyindən istifadə olunur. Əməkçi bazarının dinamikasına baxsaq, milliləşmə tədbirləri öz nəticəsini verir. Çünki əvvəlki illərlə müqayisədə bu kvota daha yüksək idi. Burada yanaşma ondan ibarət deyil ki, hansısa sahibkarlıq subyekti və ya bazarı sıxışdırılsın. Bu, paralel tədbirlərin, yəni yerli işçi qüvvəsinin bilik və bacarığını artırmaq, onun əvəzlənməsi prosesini həyata keçirməkdir. Əvvəllər hər hansı tikinti və ya səhiyyə sektorunda əcnəbilər var idisə və indi bu gün onları yerli mütəxəssislər kompensasiya edirsə, bu, nəticə olaraq milliləşmənin göstəricisidir. Bu da təbii ki, kvotaya təsir edir”.

Miqrasiya rəisi əcnəbi şəxslər üçün iş icazəsi alındığını və icazə müddətinə görə dövlət rüsumunun dəyişdiyini bildirib:

"6 aylıq iş icazəsi üçün dövlət rüsumunun qiyməti 500 manatdır, 1 illik rüsumun qiyməti isə 1000 manatdır”.

Xəbər lenti