Xəzər Xəbər

Bəzi sürücülər daha çox həkim müayinəsindən keçməli olacaqlar İCBARİ FORMADA

Gündəm | 12:57 • 12 Sentyabr 2019
Bəzi sürücülər daha çox həkim müayinəsindən keçməli olacaqlar

Azərbaycanda yerüstü nəqliyyatı idarə edən bəzi sürücülər üçün icbari formada keçirilən həkim müayinələrinin sayı artırılıb.

Bununla əlaqədar Səhiyyə Nazirliyi Kollegiyası "İşçilərin icbari tibbi müayinələrinin keçirilməsi tələb olunan işlərin siyahısı”nda dəyişikliklər edilib.

Bu dəyişikliyə uyğun olaraq, yerüstü nəqliyyatın idarə olunması ilə əlaqədar işlərdə çalışan şəxs 18 yaşından aşağı olduqda 2 ildə bir dəfə terapevt nevropatoloq, cərrah, psixiatr, narkoloq, endokrinoloq qəbulu ilə yanaşı, pediatr qəbulundan da keçməli olacaq.

Qərara edilmiş digər dəyişikliklə yerüstü nəqliyyatın idarə olunması ilə əlaqədar işlərdə çalışan və "C”, "C1”, "CE” və "C1E”, "D”, D1”, "DE” və "D1E kateqoriyası üzrə işləyənlər sadalananlarla yanaşı, 2 ildə bir dəfə oftalmoloq, otorinolarinqoloq müayinəsindən keçəcəklər./trend

Xəbər lenti