Xəzər Xəbər

Bakı polisindən Aşura günü ilə bağlı XƏBƏRDARLIQ

Gündəm | 10:10 • 9 Sentyabr 2019
Bakı polisindən Aşura günü ilə bağlı

Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaqdır.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Bildirilib ki, paytaxtın bütün məscid və ziyarətgahların ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları cəlb olunacaqdır.

Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcəkdir.

Xəbər lenti