Xəzər Xəbər

Azərbaycanla bağlı qətnamə BMT-nin gündəliyində

Gündəm | 16:41 • 6 Sentyabr 2019
Azərbaycanla bağlı qətnamə BMT-nin gündəliyində

"Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” qətnaməsinin layihəsi BMT Baş Assambleyasının 74-cü sessiyasının gündəliyinə salınıb.

Bu barədə təşkilatın bəyanatında deyilir.

Qeyd olunur ki, ötən il bu qətnamə 73-cü sessiyanın gündəliyində yer almamışdı.

Layihənin 74-cü sessiyanın gündəliyinə salınması barədə yekun qərar Assambleyanın bu məsələ ilə bağlı atacağı mümkün addımlardan asılıdır.

Qeyd edək ki, BMT Baş Assambleyasının 74-cü sessiyası sentyabrın 17-də işə başlayacaq.

Xəbər lenti