Xəzər Xəbər

Azərbaycan-Koreya hərbi əməkdaşlığı müzakirə olunub

Gündəm | 11:33 • 6 Sentyabr 2019
Azərbaycan-Koreya hərbi əməkdaşlığı müzakirə olunub

Seul şəhərində keçirilən "Seul Müdafiə Dialoqu – 2019” beynəlxalq müdafiə və təhlükəsizlik konfransında iştirak edən Azərbaycanın Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Koreya Respublikasının Milli Müdafiə nazirinin Müdafiə Siyasəti üzrə müavini Çunq Sukvan ilə görüşüb.


Müdafiə Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, tərəflər iki ölkə arasında mövcud hərbi əməkdaşlığın cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə edərək hərbi təhsil sahəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndiriblər.


Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti, Cənubi Qafqazda və Koreya yarımadasında mövcud hərbi-siyasi durum barədə ətraflı fikir mübadiləsi aparılıb.

Xəbər lenti