Xəzər Xəbər

Bakı kəndlərinə işləyən sürət qatarı ilə bağlı SON XƏBƏR YENİLİKLƏR OLACAQ

Gündəm | 17:39 • 4 Sentyabr 2019
Bakı kəndlərinə işləyən sürət qatarı ilə bağlı SON XƏBƏR
"Bakı Dairəvi Dəmir Yol xəttində ümumilikdə 14 dayanacaq olacaq”.

Bunu BAKU.WS-ə "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova deyib.

O, əlavə edib ki, Buzovna, Bilgəh və Maştağa istiqamətində əvəllərdəmir yolu xətti olub və təəssüf ki, həmin xətlər sökülüb: "Bakı Dairəvi Dəmir Yol xəttində ümumilikdə 14 dayanacaq olacaq. Bunlar Bakı sərnişin, Keşlə, Koroğlu, Bakıxanov, Sabunçu, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı, Görədil-Fatmayi,Novxanı, Sumqayıt sərnişin, Xırdalan, Biləcəri stansiyalarıdır.

Buzovna, Bilgəh və Maştağa istiqamətində əvəllər dəmir yolu xətti olub və təəssüf ki, həmin xətlər sökülüb. İndi yeni magistralın yaradılması kifayət qədər çətindir və maliyyə tələb edir. İlkin mərhələdə, dəmir yolu xətti mövcud olan hissələrdə əsaslı təmir işləri tamamlandıqdan sonra sürət qatarları istifadəyə veriləcək.Növbəti mərhələdə tələbata, məskunlaşmanınsıxlığına əsasən, yeni yolların çəkilməsi müzakirə oluna bilər. Yenidən magistralın çəkilməsi çoxlu söküntü vəköçürülmə işlərinin icrasını tələb edir, bu da kifayət qədər xərc və vaxt aparır”.


Natəvan Bayramova Bakı Dairəvi Dəmir Yol xəttində qiymətlərlə bağlı isə bunları bildirib: "Stansiyalar istismara verilməzdən əvvəl "Azərbaycan Dəmir Yolları” QSC tərəfindən müəyyənləşdirilərək elan olunacaq. Təbii ki,indiki mövcudtariflər çərçivəsində”.

Qeyd edək ki, bu ilin yanvar-avqust ayları ərzində həm elektrik, həm də sərnişin qatarları ilə daxili daşımalarda təqribən 2 milyon sərnişin daşınıb.

Xəbər lenti