Xəzər Xəbər

DYP-nin Ekologiya postunun komandiri işdən çıxarılıb

Gündəm | 12:24 • 4 Sentyabr 2019
DYP-nin Ekologiya postunun komandiri işdən çıxarılıb

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ekoloji nəzarət üzrə yol-patrul xidməti bölüyünün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov tutduğu vəzifədən azad olunub.


APA-nın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.


Nazirin digər əmri ilə Fuad Mayılov BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-İmtahan və texniki baxış Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.


BDYPİ-dən APA-ya faktı təsdiqləyiblər.

Xəbər lenti

Çox oxunanlar