Xəzər Xəbər

Azərbaycanda Məhərrəmlik ayı başlayıb

Gündəm | 11:21 • 1 Sentyabr 2019
Azərbaycanda Məhərrəmlik ayı başlayıb

Bu gündən Azərbaycanda Məhərrəmlik başlayıb.


Məhərrəm ayının 10-cu günü, yəni Aşura sentyabrın 10-a təsadüf edəcək. Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək.


Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə və ibadət ocaqlarında təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır.


Dini mərasim və ayinlər yalnız Qafaqaz Müsəlmanları İdarəsinin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.


Qeyd edək ki, sentyabrın 29-da Məhərrəm ayı başa çatacaq və Səfər ayı başlayacaq. Səfər ayı isə oktyabrın 29-dək davam edəcək.

Xəbər lenti