Xəzər Xəbər

Əli Kərimlinin əmisi oğlunun İŞİD-ı Azərbaycana çağırmasına partiya sədrindən sərt cavab...

Gündəm | 09:57 • 1 Sentyabr 2019
Əli Kərimlinin əmisi oğlunun İŞİD-ı Azərbaycana çağırmasına partiya sədrindən sərt cavab...

Yazılan status cəmiyyət arasında ciddi etirazla qarşılanıb. Qınaq obyektinə tuş gələn statusda bu fikirlər yer alır: "İŞİD heç də hər adamın başını kəsmir...İŞİD 5 manata sifarişlə məhkəmə zalını dolduranların başını kəsir...İŞİD adını dindar qoyub, cindarlıqla məşğul olanların başını kəsir.... İŞİD adını müxalifət qoyub, nazirliklərə dal qapıdan girib-çıxanların başını kəsir...Və düşünürəm ki, düz də edir...Azərbaycana XOŞ gəlirsən, İŞİD...”


Göründüyü kimi, status heç də dövlətimizə və İ.Kərimovun rəhbərlikdə yer aldığı AXCP-yə başucalığı deyil. Amma nədənsə partiya rəhbərliyi bu məsələdə susur. Hətta statusdakı "Like” və rəylərin əksəriyyəti də qurumun üzvləri tərəfindən edilib. Demokratiyadan, insan haqlarından dəm vuran bir qurumun, üzvünün yazılarına biganə qalması, hətta dəstək verməsi suallar yaratmaya bilməz. Fakt ondan ibarətdir ki, Əli Kərimlinin icazəsi olmadan kimsə belə status yazmaz. Çünki, hər hansı bir üzvün partiya liderinin xoşuna gəlməyən, maraqlarına xidmət etməyən fikirləri sosial şəbəkələrdə yer aldıqda, Kərimli dərhal müdaxilə edərək sildirir.


İnqilab Kərimov Fransadan siyasi sığınacaq alıb. Onun bu tərzdə yazdığı status heç də onun üçün asan olmayacaq. Bütün dünyanın terror qruplaşması kimi tanıdığı İŞİD-a dəstək verən bir şəxsi Fransanın öz ərazisində himayə edəcəyi inandırıcı görünmür. Bu baxımdan İ.Kərimov Fransadan deportasiya edilə bilər. Onun barəsində cinayət işi açılma ehtimalları da var.


Hakimiyyətə iddiasını ortaya qoyan bir partiyanın liderinin əmisi oğlunun belə statusu gələcək təhlükələrin siqnalıdır. Bu insanlar hakimiyyətə gəlsələr, görün nə fəsadlar yaşayarıq.


Azadlıq partiyasının sədri Əhməd Oruc "Yeni Müsavat”a açıqlamasında İ.Kərimovun fikirlərinə kəskin etirazını bildirdi: "Azərbaycanda dəyərlər sistemi ciddi şəkildə aşağı düşüb. Kimin demokrat olub-olmaması məlum deyil. Bu cür fikirlər də bunun nəticəsində ortaya çıxır. Bir səbəb də, uzun illər müxalifətdə qalmağın nəticəsində aqressivləşən bir təbəqənin özünü bu şəkildə ifadə etməsidir. Azərbaycandan kənarda yaşayıb, daxildə kimlərisə təhqir edən fikirlər səsləndirmək etikadan uzaqdır. Burada hansı ağır şərtlər daxilində mübarizə aparmağı onlar da yaxşı bilirlər. Bütün bunlar əxlaqdan uzaq hallardır. İnqilab bəy, hansısa məsləhəti verə bilərsən. Amma ilk növbədə, özünə baxıb addım atmalısan. Mübarizə aparmağa nə qədər yararlı olub-olmadığını düşünməlisən. Təəssüf edirəm ki, Azərbaycanda hakimiyyətdən qovulmuş insanların olduğu Milli Şura başda olmaqla, bəzi qurumlar barışıq mühitinin yaranmasının əleyhinədirlər. Belə radikal mövqe tutmaqla biz nəyə nail olmuşuq? Onlar əxlaqdan kənar ifadələr işlətməkdə davam edirlər. Cəbhəçilər həddindən artıq radikallaşıblar. Onlar vahid mərkəzdən idarə olunurlar. Onları maliyyə vasitəsilə əldə saxlayan qurumlar belə radikallığın olmasında maraqlıdılar”.


Xəbər lenti