Xəzər Xəbər

Yollarda təhlükəsizliyə görə bu şəxslər məsuliyyət daşıyacaq YENİ SİYAHI

Gündəm | 15:00 • 31 Avqust 2019
Yollarda təhlükəsizliyə görə bu şəxslər məsuliyyət daşıyacaq

Azərbaycanın Baş naziri Novruz Məmmədov Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı"nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, siyahı aşağıdakı redaksiyada verilir:

"Komissiyanın sədri - Azərbaycan Baş nazirinin müavini

Komissiya sədrinin müavini - Azərbaycan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi

Komissiyanın üzvləri:

Nazirlər Kabineti Aparatının Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri

Nazirlər Kabineti Aparatının Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri

Fövqəladə Hallar nazirinin birinci müavini

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

Səhiyyə nazirinin müavini

Təhsil nazirinin müavini

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin rəisi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin nəqliyyatda daşımalar və yol hərəkətinin təşkili kafedrasının müdiri

Bakı Şəhər İcra Hakimiyyətinin şəhər təsərrüfatı şöbəsinin müdiri

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin inspektoru, Komissiyanın məsul katibi".

Xəbər lenti