Xəzər Xəbər

XİN: İsrail dronlarının Azərbaycana gətirilməsi ilə bağlı yayılan məlumatları qətiyyətlə rədd edirik

Gündəm | 15:46 • 30 Avqust 2019
XİN: İsrail dronlarının Azərbaycana gətirilməsi ilə bağlı yayılan məlumatları qətiyyətlə rədd edirik

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bəzi xarici media resurslarında İsrail dronlarının İraqa və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı əsassız məlumatların yayılmasına münasibət bildirib.


Xezerxeber.az xəbər verir ki, nazirliyin mətbuat katibinin açıqlamasında deyilir: "Təəssüflə qeyd etmək istərdik ki, bəzi xarici media resurslarında İsrail dronlarının İraqa və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı tamamilə əsassız məlumatlar tirajlanmaqda davam edir. Biz bu məlumatları qətiyyətlə rədd edirik. Bu məlumatların heç bir əsası yoxdur və dezinformasiya məqsədi daşıyır”.

Xəbər lenti