Xəzər Xəbər

"İçərişəhər"də evlərin fasad və eyvanları təmir olunacaq

Gündəm | 10:42 • 30 Avqust 2019
"İçərişəhər"də evlərin fasad və eyvanları təmir olunacaq

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda evlərin fasad və eyvanları təmir olunacaq.

XəzərXəbər xəbər verir ki, bu barədə "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin Mənzil Kommunal Təmir xidməti tender elan edib.

Həmçinin idarənin mənzil fondunun əsaslı təmiri işlərinin aparılması ilə bağlı da tender elan olunub.

Xatırladaq ki, hazırda "İçərişəhər" qoruğunda Bakı Xanları Evi, onun ərazisində olan Xan Bağı və XVII əsrə aid edilən hamamın bərpa işləri aparılır.

Bir müddət əvvəl "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Kiçik Qala küçəsində Qala divarları boyunca yerləşən kafe və restoranlarda təmir işləri aparılıb.

Xəbər lenti