Xəzər Xəbər

“Təmiz hava” aylığı çərçivəsində reydlər davam etdirilir

Gündəm | 10:01 • 29 Avqust 2019
“Təmiz hava” aylığı çərçivəsində reydlər davam etdirilir

Respublika ərazisində keçirilən "Təmiz hava” aylığı çərçivəsində yol polisi əməkdaşları tərəfindən reydlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundanPublika.az-a bildiriblər ki, növbəti belə tədbir Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının iştirakı ilə Qusar rayonu ərazisində keçirilib.

Tədbir zamanı yol polisi əməkdaşları tərəfindən avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb, normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən nəqliyyat vasitələrinin sürücüləri barəsində qanunamüvafiq tədbirlər görülüb.

Bundan əlavə, reyd zamanı sürücülük hüququ olmadan, alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, eləcə də manevr və ötmə qaydalarını kobudcasına pozan sürücülər müəyyən edilərək barələrində protokollar tərtib edilib. Bölmə əməkdaşları bu cür qayda pozan sürücülərlə profilaktik söhbətlər apararaq onlara hüquq və vəzifələri izah ediblər.

Xəbər lenti