Xəzər Xəbər

İranın yeni baş konsulu patent sənədini Azərbaycanın Xarici İşlər Nazirliyinə təqdim edib

Gündəm | 18:00 • 28 Avqust 2019
İranın yeni baş konsulu patent sənədini Azərbaycanın Xarici İşlər Nazirliyinə təqdim edib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə İran İslam Respublikasının ölkəmizdə yeni təyin edilmiş baş konsulu Seyid Əhməd Hüseyni ilə görüşüb.


Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, görüş zamanı Seyid Əhməd Hüseyni baş konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.


Pərvin Mirzəzadə baş konsul Seyid Əhməd Hüseyniyə gələcək fəaliyyətində uğurlar arzulayıb.


Söhbət zamanı Azərbaycan ilə İran arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətləri müzakirə edilib.


Görüşdə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə də iştirak edib.

Xəbər lenti