Xəzər Xəbər

Boş qalan yerlərə qəbul olunanların qeydiyyatı başladı

Gündəm | 11:38 • 23 Avqust 2019
Boş qalan yerlərə qəbul olunanların qeydiyyatı başladı

2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanların müvafiq təhsil müəssisələrinə qeydiyyatı başlanıb.

Dövlət İmtahan Mərkəzindən XəzərXəbər-ə bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanlar avqustun 23-dən sentyabrın 2-dək sənədlərini müvafiq təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı isə sentyabrın 29-dək davam edəcək. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi avqustun 30-dan sentyabrın 4-dək aparılacaq.

Xəbər lenti