Xəzər Xəbər

DİN-dən sürücülərə MÜRACİƏT: Salonda qiymətli əşyalar saxlamayın

Gündəm | 11:42 • 22 Avqust 2019
DİN-dən sürücülərə MÜRACİƏT:

Bakıda avtomobildən oğurluq olub.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də Tbilisi prospektində Bakı şəhər sakini Q.Əkbərova məxsus "Daewoo” markalı avtomobildən açıq qalmış pəncərədən girmək yolu ilə mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini F.Məmmədov saxlanılıb.

DİN bir daha vətəndaşların nəzərinə çatdırır ki, avtomobillərini park etdikdə və ya qısa müddətdə ayrıldıqda belə nəqliyyat vasitələrinin qapılarını bağlasınlar, salonda qiymətli əşyalar saxlamasınlar. (report)

Xəbər lenti