Xəzər Xəbər

Qəzada həlak olan pilot dəfn edildi

Gündəm | 11:53 • 21 Avqust 2019
Qəzada həlak olan pilot dəfn edildi

Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev II Fəxri xiyabanda dəfn edilib.

Azərbaycanın dövlət himni səsləndirilib, yaylım atəşi açılıb.

***

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində ("Sakyanskı" kazarmada) Azərbaycan Hərbi Hava Qüvvələrinin peşəkar pilotu polkovnik leytenant Rəşad Atakişiyevlə rəsmi vida mərasimi başa çatıb.

Pilot dəfn edilmək üçün MN-in Təlim Tədris Mərkəzindən 2-ci Fəxri Xiyabana aparılıb.

Jurnalistlər mərasimin rəsmi hissəsinə buraxılmayıb.

***

Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində vida mərasimi keçirilir.

Hazırda vida mərasimi davam edir. Mərasimdən sonra pilot II Fəxri Xiyabanda dəfn olunacaq.

***

Xəbər lenti