Xəzər Xəbər

Qəzada həlak olan pilotla vida mərasimi keçirilir

Gündəm | 09:00 • 21 Avqust 2019
Qəzada həlak olan pilotla vida mərasimi keçirilir

Azərbaycan Hərbi Hava Qüvvələrinin peşəkar pilotu, polkovnik leytenant Rəşad Atakişiyevlə yaşadığı evdə vida mərasimi keçirilir.

XəzərXəbər xəbər verir ki, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində keçirilən mərasimə hərbçilər, yerli icra qurumlarının nümayəndələri, mərhumun pilot dostları qatılıb.

Yaşadığı ünvandan götürülən Rəşad Atakişiyevin cənazəsi rəsmi vida mərasiminin keçirilməsi üçün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə aparılacaq.

Qeyd edək ki, dünən təlim-məşq uçuşu zamanı qəzaya düşən Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcısının pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.

Xəbər lenti