Xəzər Xəbər

Yol polisi toy karvanlarına yalnız bu halda icazə verir RƏSMİ AÇIQLAMA

Gündəm | 17:44 • 20 Avqust 2019
Yol polisi toy karvanlarına yalnız bu halda icazə verir
Nəqliyyatın hərəkətinə süni maneə yaradan məqamlardan biri də toy karvanlarıdır. Ümumiyyətlə, toy karvanlarının yol hərəkəti qaydalarına riayət etməməsi halları hər zaman müşahidə edilir. Bu da digər yol hərəkəti iştirakçıları üçün ciddi təhlükə törədir.

Baş Dövlət Yol Polisi İdarəsi vəziyyətlə bağlı profilaktik tədbirlər görür.

İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Oxu.Az-a bildirib ki, bu mövzuda mütəmadi tədbirlər görülür, sürücülərə xəbərdarlıq olunur:

"Bu sahədə daim təbliğat işləri aparılır. Toy karvanlarının hərəkəti ilə bağlı sürücülərə xəbərdarlıq edilir. Təəssüf ki, bəzi hallarda qayda pozuntularına yol verilir. Qeyd etmək istəyirəm ki, yollardakı təhlükəsizliyi təmin etmək üçün yol polisi əməkdaşları daimi zəruri tədbirlər həyata keçirir və bəzi hallarda toy karvanlarının hərəkətinə xüsusi texniki vasitələrlə nəzarət olunur".

R.Quliyev qeyd edib ki, toy karvanı digər hərəkət iştirakçılarına maneə yaratmamalıdır:

"Toy karvanı bütün qaydalara riayət etmək şərtilə hərəkət etməlidir. Optimal sürət seçməklə manevr və ötmə qaydalarına əməl olunmalı, karvandakı avtomobillərin sayı mümkün qədər az olmalıdır. Avtomobillərin karvan şəklində yalnız bir zolaq üzrə sağ tərəfdə hərəkət etmələri tövsiyə olunur”.

Xəbər lenti