Xəzər Xəbər

Prezident İlham Əliyev İsveçrənin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Gündəm | 15:01 • 23 İyul 2019
Prezident İlham Əliyev İsveçrənin yeni səfirinin etimadnaməsini qəbul edib -

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyrenin etimadnaməsini qəbul edib.


Xezerxeber.az xəbər verir ki, səfir Muriel Peneveyre fəxri qarovul dəstəsinin qarşısından keçib.


Muriel Peneveyre etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.


Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.


Prezident İlham Əliyev Azərbaycanla İsveçrə arasında əlaqələrin yüksək səviyyədə olduğunu və fəal dialoqun aparıldığını qeyd edib. Dövlətimizin başçısı İsveçrə Prezidenti ilə bu ilin yanvarında keçirdiyi görüşü məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev İsveçrə Prezidentlərinin Azərbaycana səfərlərinin, Davos Forumu çərçivəsində yüksək səviyyəli mütəmadi görüşlərin əlaqələrimizin möhkəmləndirilməsinin yaxşı nümunəsi olduğunu deyib. Dövlətimizin başçısı iqtisadi əməkdaşlıq, qarşılıqlı investisiya qoyuluşu sahələrində əlaqələrin dinamik inkişaf etdiyini bildirdi, İsveçrənin çoxlu sayda şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyət göstərdiyini, mühüm layihələrin icrasında iştirak etdiklərini qeyd edib.


Azərbaycanda səfir təyin olunmasından şərəf duyduğunu bildirən Muriel Peneveyre səfirlik fəaliyyəti dövründə əlaqələrin genişləndirilməsi, o cümlədən ölkəmizin regionlarının daha yaxşı tanınması istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. O, bu yaxınlarda Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etdiyini məmnunluqla qeyd edərək Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Xəbər lenti