Xəzər Xəbər

İstirahət günləri üçün hava proqnozu açıqlanıb

Gündəm | 17:32 • 19 İyul 2019
İstirahət günləri üçün hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi istirahət günləri üçün hava proqnozunu açıqlayıb.


Nazirliyin Milli Hidrometeorologiya Departamentindən xezerxeber.az-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqazda yaxın iki gündə hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 33-38, dağlıq rayonlarda 23-28 dərəcə isti təşkil edəcək.


Lənkəran-Astara bölgəsində günəşli hava şəraiti müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.


Aran rayonlarında günəşli hava şəraiti müşahidə olunacaq. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 34-39 dərəcə isti təşkil edəcək.


Naxçıvan MR-da yağmursuz hava şəraiti müşahidə olunacaq. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 34-39 dərəcə isti təşkil edəcək.


Paytaxtda yaxın iki gündə yağmursuz hava şəraiti müşahidə olunacaq. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Xəbər lenti