Xəzər Xəbər

Umayra Tağıyeva: “Hazırkı temperatur rejimi ötən ilin iyul ayı ilə müqayisədə 8-10 dərəcə aşağıdır”

Gündəm | 12:12 • 13 İyul 2019
Umayra Tağıyeva: “Hazırkı temperatur rejimi ötən ilin iyul ayı ilə müqayisədə 8-10 dərəcə aşağıdır”

"Ötən ilin iyul ayı ilə müqayisədə bu il iyul ayı daha sərin keçir”.


Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.


O bildirib ki, hazırda temperatur rejimi 2018-ci ilin iyul ayı ilə müqayisədə 8-10 dərəcə aşağıdır.


"Hazırda ölkə ərazisində kifayət qədər sərin hava şəraiti müşahidə olunur”, - U. Tağıyeva qeyd edib.

Xəbər lenti