Xəzər Xəbər

Azərbaycanda məhkəmə sədri və iki hakim işdən çıxarılıb

Gündəm | 16:09 • 12 İyul 2019
Azərbaycanda məhkəmə sədri və iki hakim işdən çıxarılıb

Azərbaycanda bir neçə hakim cəzalandırılıb.


Xezerxeber.az-ın məlumatına görə, Məhkəmə Hüquq Şurasının bu gün keçirilən iclasında qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə bir sıra hakimlər intizam məsuliyyətinə cəlb edilib.


Bundan başqa, Gəncə İnzibati-iqtisadi məhkəməsinin sədri Natiq Abbasovun və hakimi Kamil Rzayevin, Göygöl rayon məhkəməsinin hakimi Rafiq Məmmədovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərarlar qəbul edilib.

Xəbər lenti