Xəzər Xəbər

Donald Tusk Bakıya gəlir

Gündəm | 11:24 • 6 İyul 2019
Donald Tusk Bakıya gəlir

Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana rəsmi səfər proqramı açıqlanıb.

İyulun 9-u Bakıya gələcək D.Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Görüşdən sonra Azərbaycan Prezidenti və Avropa İttifaqı Şurasının prezidenti mətbuata bəyanatla çıxış edəcəklər.

D.Tusk Bakı Beynəlxalq Dəniz Ticarət Limanına da baş çəkəcək.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının prezidenti Azərbaycandan sonra iyulun 10-da Ermənistana, iyulun 11-i isə Gürcüstana gedəcək.

Xəbər lenti