Xəzər Xəbər

Hirkan meşələri Dünya İrs Siyahısına daxil edildi

Gündəm | 13:27 • 5 İyul 2019
Hirkan meşələri Dünya İrs Siyahısına daxil edildi

Dünya İrs Mərkəzinə daxil edilməsi üçün namizədliyi irəli sürülən növbəti nominasiya İran İslam Respublikasının irəli sürdüyü Hirkan meşələri ilə bağlı olub.

XəzərXəbər-in məlumatına görə, Təbiətin Mühafizəsi naminə Beynəlxalq İttifaqın (IUCN) nümayəndəsi deyib: "Bura 1 milyon yarım hektar torpaq sahəsidir. İran tərəfrindən irəli sürülüb. Bu meşələr İranın iki əyalətində yerləşir və bir hissəsi Azərbaycana, digəri isə Türkmənistana qədər uzanır. Onlar Avronın genişyarpaqlı meşəçilik zonasını təşkil edirlər. Yoxa çıxmaqda olan heyvanlar orada yaşayır. Ümumilikdə, 300-ə yaxın heyvan növü orada yaşayır. 500 növə yaxın quşlar orada məskən salınıb. Həmin sahə qorunmalıdır. Şahin, qartal, yırtıcı quş növləri orada məskən salıb. Həmçinin burada ekosistem inkişaf edib. Dəniz səviyyəsindən müəyyən yüksəklik müşahidə olunur. Həmin meşə zonasından keçən marşrutlar və tuzim axını təhdid kimi qəbul olunur. Bu baxımdan Dünya İrs Siyahısına daxil edilməsini məqsədəuyğun hesab edirik. Bununla bağlı əlaqələndirmə mexanizmləri hazırlanıb. Hirkan meşələrinin Dünya İrs Siyahısına daxil edilməsini tövsiyə edirik. Bu gün Hirkan meşələri Azərbaycanda da mövcudur və IUCN Azərbayacanla da bu məsələni müzakirə etməyə hazırdır”.

Azərbaycan nümayəndə heyəti İranı uğurlu nominaisya münasibətilə təbrik edib: "Bu, unikal ekosistemdir. Artıq bildirildiyi kimi Azərbayacnın və İranın ərazisinə aiddir. 2006-cı ildən Azərbaycavn bu istiqamətdə konversasiya tədbirləri görüb. Hirkan Milli Parkı yaradılıb. Bununla bağlı qərarlar qəbul olunub. 20 min hektardan ibarət olan bufer zonası yaradılıb. Nadir floira və fauna nümunələri orada mövcuddur. Azərbaycan məyusdur ki, biz bu nominasiyanı İranla birgə təqdim edə bilmədik. Bu, həmçinin həmsərhəd ölkələrin uğurlu əməkdaşlıq nümunəsi ola bilərdi. Bununla belə biz üzv dövlətlə dialoq aparılması ilə bağlı IUCN-ın tövsiyəsini yüksək qiymətləndiririk. Biz həmsərhəd ölkələrin birgə qovluğunun hazırlanmasında maraqlıyıq. Biz çox şad olardıq ki, İranda bu istiqamətdə işləyəcəyik. Xahiş edrəm ki, bizim bu bəyanatı protokola daxil edəsəniz”.

Hirkan meşələri Dünya İrs Siyahısına müzakirəsi daxil edilib. İran nümayəndəsi çıxış edərək Azərbaycanla bu istiqamətdə işləməyin mümkün olduğunu bildirib. Nümayəndə heyəti Azərbaycanla birgə Hirkan meşələrinin nominasiyasında çıxış etməyə dair fikirləri bölüşdüyünü vurğulayıb.

Xəbər lenti